Bank Of Baku

Növbəti dərs ili üçün dərsliklərin çapı 10 günə başa çatacaq

Növbəti dərs ili üçün dərsliklərin çapı 10 günə başa çatacaq
# 31 iyul 2008 11:53 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. 2008-2009-cu tədris ilinə Azərbaycanın ümumtəhsil məktəbləri üçün 102 adda dərslik və müəllim üçün vəsait hazırlanır. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, bunlar müəllim üçün 21 adda vəsait, I siniflər üçün 13, III-XI siniflər üçün isə 68 adda dərslikdir. Artıq dərsliklərin 60%-dən çoxu çap olunaraq Maddi-Texniki Təchizat İdarəsinə təhvil verilib. Qalan dərsliklər isə növbəti on gün ərzində təhvil veriləcək.
Onu da qeyd edək ki, Maddi-Texniki Təchizat İdarəsinə daxil olmuş dərsliklər müəyyən olunmuş qrafik üzrə rayon, şəhər təhsil şöbələrinə göndərilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR