Bank Of Baku

Avqustda Azərbaycanda havanın orta aylıq temperaturu iqlim normasından yüksək olacaq

Avqustda Azərbaycanda havanın orta aylıq temperaturu iqlim normasından yüksək olacaq
# 31 iyul 2008 13:06 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Avqust ayında Azərbaycan ərazisində havanın orta aylıq temperaturunun iqlim normasından 1-3 dərəcə yüksək olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva APA-ya bildirilib ki, ayın əvvəlində kəskin istilər gözlənilmir. Temperaturlar norma daxilində tərəddüd edəcək, arabir güclənən şimal küləyi üstünlük təşkil edəcək. Aylıq yağıntının miqdarının respublika üzrə normaya yaxın, ayrı-ayrı rayonlarda isə normadan bir qədər artıq olacağı ehtimal olunur.
Ay ərzində Bakı və Abşeron yarımadasında havanın orta aylıq temperaturu 26-28 dərəcə isti proqnozlaşdırılır ki, bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir. Gecələr 20-25, gündüzlər 30-35, ayrı-ayrı günlərində 38-41 dərəcə isti gözlənilir. Yağıntının aylıq miqdarı iqlim normasına yaxın (norma 6-8 mm) olacaq.
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 25-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 18-23, gündüzlər 33-38 isti, ayrı-ayrı günlərində 40-43 dərəcə isti olacaq. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın (norma 6-10 mm) olacağı gözlənilir.
Yuxarı Qarabağ-Xankəndi, Kəlbəcər, Xocavənd, Zəngilan, Qubadlı, Şuşa, Xocalı, Laçın, Daşkəsən-Gədəbəydə orta aylıq temperatur 19-21 dərəcə olacaq ki, bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir. Gecələr 13-18, gündüzlər 22-27, ayrı-ayrı günlərində 30-34 dərəcə isti gözlənilir. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın (norma 37-55 m) olacağı proqnozlaşdırılır.
Qazax-Gəncə, Tərtər, Ağdam-Füzuli-Cəbrayılda orta aylıq temperaturun 25-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından 2-3 dərəcə yüksəkdir. Gecələr 19-24, gündüzlər 32-35, ayrı-ayrı günlərində 38-40 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 19-24 mm) olacağı proqnozlaşdırılır.
Balakən-Şəki-Zaqatala-Qəbələ, Şamaxı-İsmayıllı, Xızı, Siyəzən, Dəvəçi-Quba-Qusar-Xaçmazda orta aylıq temperaturun 23-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından 2-3 dərəcə yüksəkdir. Gecələr 16-21, gündüzlər 27-32 isti olacaq, ayrı-ayrı günlərdə temperatur 34-38 dərəcəyədək yüksələcək. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın (norma 17-116 mm) bəzi yerlərdə isə bir qədər çox olacağı ehimal edilir.
Mərkəzi Aran rayonlarında - Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Şirvan, Sabirabad, Salyan, Neftçalada orta aylıq temperaturun 27-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından 2-3 dərəcə yüksəkdir. Gecələr 20-25, gündüzlər 33-38, ayrı-ayrı günlərdə 40-42 dərəcə isti olacaq. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın, (norma 6-22 mm) bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var.
Masallı-Lənkəran-Astara-Lerik Yardımlıda havanın orta temperaturunun 25-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir. Gecələr 18-23, gündüzlər 30-34 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə temperatur 36-38 dərəcəyədək yüksələcək. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın (norma 13-83 mm) olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR