Bank Of Baku

Azərbaycan Səhiyyə Nazirliyi 2 aptek məntəqəsi və 1 aptek köşkünün fəaliyyətini dayandırıb

Azərbaycan Səhiyyə Nazirliyi 2 aptek məntəqəsi və 1 aptek köşkünün fəaliyyətini dayandırıb
# 31 iyul 2008 13:52 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycan Səhiyyə Nazirliyinin (SN) Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi 2 aptek məntəqəsi, 1 aptek köşkünün fəaliyyətinə qadağa qoyub. SN-dən APA-ya verilən məlumata görə, mərkəzin mütəxəssislərinin keçirdiyi reyd zamanı nöqsanlar aşkarlandığı üçün Zamanov Əhməd Rüstəm oğluna əczaçılıq (aptek məntəqəsi), İsmayılov Əyyub Yusif oğluna əczaçılıq (aptek köşkü) fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş lisenziya dayandırılıb. Bununla yanaşı, SN “Şans” Firmasına verilmiş xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən aptek məntəqəsinin fəaliyyətinə də icazə verməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR