Bank Of Baku

Milli Fəaliyyət Planı ilə bağlı ictimai dinləmələr Lerikdə davam etdirilib

Milli Fəaliyyət Planı ilə bağlı ictimai dinləmələr Lerikdə davam etdirilib
# 01 avqust 2008 00:54 (UTC +04:00)
Lerik. Hacı Zeynalov – APA. İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı (MFP) ilə bağlı ictimai dinləmələr Lerik rayonunda davam etdirilib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirə rayonun icra hakimiyyəti və bələdiyyələrinin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının, ictimai təşkilatlar və KİV-in, yerli icmaların və milli azlıqların nümayəndələri qatılıb. İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova bu il Azərbaycanda prezident seçkisinin keçiriləcəyini, yaxın günlərdə seçki kampaniyasına start veriləcəyini deyib, Mərkəzi Seçki Komissiyasının müvafiq təlimatları haqqında məlumat verib. Tədbirdə bəzi problemlər, o cümlədən rayonda vəkillərin olmaması, yuxarı siniflərdə oxuyan qızların tədris prosesindən kənarda qalması, erkən nikahlar, evlənmək məqsədilə qızların qaçırılmasının Cinayət Məcəlləsində adam oğurluğu kimi tövsif olunmasının yaratdığı problemlər, əhalinin SSRİ dövründən qalmış əmanətlərin qaytarılmaması məsələləri müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR