Bank Of Baku

Sabah magistraturaya boş qalan plan yerlərinin siyahısı açıqlanacaq

Sabah magistraturaya boş qalan plan yerlərinin siyahısı açıqlanacaq
# 01 avqust 2008 10:20 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan ali məktəblərinin magistraturasının boş qalan plan yerlərinin siyahısı sabah “Magistr” jurnalının 4-cü sayında dərc olunacaq. APA-nın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib ki, ərizələrin qəbulu internet vasitəsilə avqustun 3-dən 7-dək aparılacaq. Bu müsabiqəyə ümumi balı 50-dən az olmayan bakalavrlar buraxılacaq. Müsabiqə təqribən 554 ixtisasın boş qalan 1229 plan yeri üzrə aparılacaq. Digər yenilik barəsində də məlumat verən M. Abbaszadə deyib ki, bu il 1-50 saylı proqramlara daxil olan kənd təsərrüfatı, iqtisadiyyatın müxtəlif sahələrinə aid ixtisasların müsabiqəsində iştirak etmək üçün bakalavrın xarici dil üzrə topladığı ballara qoyulan məhdudiyyət ləğv olunub. Komissiya sədrinin sözlərinə görə, bu məhdudiyyət qalsaydı, təqribən 800 bakalavr müsabiqədə iştirak edə bilərdi. Məhdudiyyət götürüldüyü üçün müsabiqəyə buraxılanların sayı artıb. M. Abbaszadə qeyd edib ki, boş qalan plan yerlərinin sayı az olduğundan humanitar ixtisaslar üzrə belə məhdudiyyəti tətbiq edə bilməzdilər. TQDK sədri avqustun 1-dən 5-dək magistraturaya qəbulla bağlı apelyasiya komissiyasının fəaliyyətə başladığını da söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR