Bank Of Baku

Ombudsman Yardımlıda ictimai dinləmələr keçirib

Ombudsman Yardımlıda ictimai dinləmələr keçirib
# 01 avqust 2008 23:31 (UTC +04:00)
Yardımlı. Hacı Zeynalov – APA. Ombudsman Elmira Süleymanova İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) tətbiqinin vəziyyəti öyrənmək məqsədilə Yardımlı rayonunda ictimai dinləmələr keçirib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumat görə, tədbirdə millət vəkili Sabir Rüstəmxanlı, rayon icra hakimiyyəti və bələdiyyələrinin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının, ictimai qurumların, yerli QHT və KİV-in, icmaların nümayəndələri iştirak edib. E. Süleymanova tədbirdə çıxış edərək yaxın günlərdə prezident seçkisi kampaniyasına start veriləcəyini bildirib, dairə seçki komissiyalarının, icra hakimiyyəti orqanlarının, polisin üzərinə düşən vəzifələr barədə danışıb. Müvəkkil səsləndirilən problemlərin aradan qaldırılması məqsədilə səylərin birləşdirilməsinin vacibliyini, cəmiyyətdə və ailədə zorakılığın yolverilməzliyini, MFP-nin həyata keçirilməsində dövlət orqanları ilə yanaşı, QHT, yerli icmaların böyük rolu olduğunu, həmçinin hüquqi maarifləndirmənin, AİDS və narkotiklərə qarşı mübarizənin daha da gücləndirilməsinin zəruriliyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR