Bank Of Baku

Azərbaycanda ətraf mühitin mühafizəsi tələblərinin pozulmasına dair 59 iş üzrə sənədlər hüquq-mühafizə orqanlarına göndərilib

Azərbaycanda ətraf mühitin mühafizəsi tələblərinin pozulmasına dair 59 iş üzrə sənədlər hüquq-mühafizə orqanlarına göndərilib
# 01 avqust 2008 10:53 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları bu ilin yanvar-iyun ayları ərzində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 1877 akt və protokol tərtib edib, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 410 icrası məcburi olan göstərişlər verilib. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, göstərilən müddətdə 59 iş üzrə sənədlər tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına, 277 iş məhkəmə nəzarətçilərinə və məhkəmə icraçılarına, 18 iş İqtisad məhkəmələrinə, 97 iş isə Rayon məhkəmələrinə göndərilib. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 526 iş üzrə 1184444,48 manat məbləğində cərimə tətbiq edilib, ondan 16669,15 manat ödənilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 591 iş üzrə 1191337,8 manat məbləğində iddia qaldırılıb, ondan 60635,88 manatın ödənilməsi təmin edilib. 1411 iş üzrə 222541,92 manat məbləğində ödəmə tətbiq edilib. Ondan 123241,48 manatın ödənilməsi təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR