Bank Of Baku

Azərbaycanda xüsusi istedadlı uşaqlar üçün yay düşərgəsi təşkil olunacaq

Azərbaycanda xüsusi istedadlı uşaqlar üçün yay düşərgəsi təşkil olunacaq
# 01 avqust 2008 11:31 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. “Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”nın icrasına dair Təhsil Nazirliyinin Fəaliyyət Planı əsasında ümumtəhsil məktəblərinin xüsusi istedada malik şagirdləri üçün yay təlim-istirahət düşərgəsi təşkil olunacaq. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, avqustun 4-dən fəaliyyətə başlayacaq düşərgə Bakı şəhəri Əzizbəyov rayonundakı 16 saylı internat məktəbinin bazasında fəaliyyət göstərəcək. Düşərgədə istirahət edən şagirdlər üçün maraqlı gün rejiminin qurulması, onların tanınmış alimlərlə görüşlərinin, təlim məşğələləri və mədəni kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR