Bank Of Baku

Azərbaycanda 7 peşə məktəbi sentyabradək təmir ediləcək

Azərbaycanda 7 peşə məktəbi sentyabradək təmir ediləcək
# 01 avqust 2008 11:45 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Yeni dərs ilinə hazırlıqla əlaqədar Təhsil Nazirliyinin vəsaiti hesabına 7, 12 saylı Bakı, 3 saylı Gəncə Peşə Liseylərinin əsaslı təmiri, 4 və 5 saylı Bakı Peşə Liseylərinin, 13 saylı Qız Peşə Məktəbinin, 50 saylı Ağdam Peşə Məktəbinin təmiri, habelə İsmayıllı Turizm və Otelçilik üzrə Peşə Məktəbinin tikintisi istiqamətində iş aparılır. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təmir ediləcək peşə təhsili müəssisələri müasir avadanlıq və inventarlarla təchiz ediləcək.
Qeyd edək ki, hazırda ölkədə 60 peşə məktəbi, 47 peşə liseyi olmaqla, 107 peşə təhsili müəssisəsi var. 2008-2009-cu tədris ilində 1 peşə tədris mərkəzi fəaliyyət göstərəcək. Bakıda yerləşən 35 peşə təhsili müəssisəsindən 18-i peşə liseyi, 10-u peşə məktəbidir. Peşə təhsili müəssisələrindən 7-si cəzaçəkmə müəssisələrində fəaliyyət göstərir. Ümumilikdə peşə təhsili müəssisələrində 1062 ümumtəhsil, 989 ixtisas fənn müəllimi, 1655 istehsalat təlimi ustası, 3706 mühəndis-pedaqoji işçi çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR