Bank Of Baku

Gəncədə daha bir nümunəvi məhəllənin açılışı olub

Gəncədə daha bir nümunəvi məhəllənin açılışı olub
# 02 avqust 2008 00:12 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı – APA. Gəncə şəhəri, 3-cü mikrorayon, Heydər Əliyev prospektində yerləşən 7 saylı binanın ərafında yeni bir nümunəvi məhəllənin açılışı olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, məhəllənin girişində diametri 10 metr olan dekorativ işıqlandırma sistemi ilə təchiz edilmiş yeni fəvvarə, 18 ədəd oturacaq, mini futbol meydançası, 7 ədəd yüksək dayaqda işıqlandırıcı və 10 ədəd park tipli işıqlandırıcı quraşdırılıb. 4400 kv.m sahəyə asfalt örtüyü döşənib, 20 artıq ağac və qazonlar əkilib. Tədbirdə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov məhəllə sakinlərinin şikayətini dinləyib. Sakinlər dam örtüklərinin yarasız halda olduğunu və susuzluqdan əziyyət çəkdiklərini deyiblər. E. Əzizov problemlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıq verib və məsələni şəxsən əzarətdə saxlayacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR