Bank Of Baku

«ARDNŞ-in sosialyönümlü xərcləri: gerçəklik» mövzusunda dəyirmi masa keçirib

«ARDNŞ-in sosialyönümlü xərcləri: gerçəklik» mövzusunda dəyirmi masa keçirib
# 01 avqust 2008 14:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı (NHMT) «Neft gəlirlərinin istifadəsi üzrə layihələrin monitorinqi və nəticələrin ictimai müzakirəsi» layihəsi çərçivəsində «ARDNŞ-in sosialyönümlü xərcləri: gerçəklik» mövzusunda dəyirmi masa keçirib. «APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban bildirib ki, ARDNŞ-in gəlirləri ötən il 5 mlrd. 914 mln, xərcləri isə 5,7 mlrd. manat olub, şirkətdə orta əməkhaqqı 443 man. 64 qəpik təşkil edib ki, bu da Azərbaycan üzrə orta göstəricidən 2,4 dəfə çoxdur və əvvəlki illə müqayisədə 25% artıqdır: «Sosial sahəyə ayrılan vəsaitlər ilbəil artır. Bununla belə problemlər də var. Neftçilərin əməyi lazımınca qiymətləndirilmir. Buna mane olan əsas səbəb kimi ARDNŞ-də qeyri-profil sahələrdə iş yerlərinin artmasını, işçilərin sayının çoxluğunu, şirkətxaric sosial və mədəni layihələri göstərmək olar». İ. Şabanın sözlərinə görə, ötən il ARDNŞ-in sosial idarəsində işçilərin sayı 1700-ə yaxın, təhlükəsizlik xidmətində isə 1400 nəfərə yaxın artıb.
NHMT rəhbəri Mirvari Qəhrəmanlı isə bildirib ki, ARDNŞ Əmək Məcəlləsini pozaraq işçiləri müvəqqəti müqavilələrlə işə götürür. Belə hallar Dərin Özüllər Zavodu və Maddi Texniki Təchizat İdarəsində daha baş verir. Bununla belə, M. Qəhrəmanlı ARDNŞ-də neftçilərin mənzillə təmin olunmasının müsbət hal kimi dəyərləndirib: «ARDNŞ üzrə 6160 nəfər mənzil növbəsindədir. Onlardan 3 mindən çoxu 10 ildən artıqdır növbə gözləyir. Digər problem isə əlahiddə dəniz özüllərindəki iş yerlərinin sanitar-gigiyena tələblərinə cavab verməməsi, neftçiləri iş yerlərinə daşıyan texnikaların köhnə və yararsız olması ilə bağlıdır».
Tədbirdə qeyd olunub ki, dəyirmi masada səslənən fikirlər təkliflər şəklində ümumiləşdirilərək ARDNŞ rəhbərliyinə təqdim olunacaq.
Məsələyə ARDNŞ-dən münasibət öyrənmək mümkün olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR