Bank Of Baku

Belarusun səhiyyə naziri Azərbaycan Tibb Universitetində olub

Belarusun səhiyyə naziri Azərbaycan Tibb Universitetində olub
# 01 avqust 2008 15:25 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycanda səfərdə olan Belarusun səhiyyə naziri Vasili Yarkonun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Azərbaycan Tibb Universitetində (ATU) görüş keçirib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ATU-nun rektoru Əhliman Əmiraslanov Azərbaycanda son illər tibb sahəsindəki irəliləyişlərdən, əldə olunan nailiyyətlərdən danışıb. Belaruslu qonaq da öz növbəsində ölkəsinin səhiyyə sisteminin və tibb təhsilinin inkişafı naminə həyata keçirilən tədbirlər, əldə olunan uğurlar haqda məlumat verib. V. Yarko hər iki ölkə arasında mütəxəssis və tələbə mübadiləsinin genişləndiriləcəyinə əminliyini də bildirib. Görüş başa çatdıqdan sonra belaruslu nazir Zabratdakı Müalicə-Diaqnostika Mərkəzinə və Zirə qəsəbəsindəki Saglamlıq-Diaqnostika Mərkəzinə baş çəkib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR