Bank Of Baku

Düzəliş: Liviyada keçirilmiş Beynəlxalq İslam Xalq Bürosu baş katibliyinin illik hesabat sessiyasında Allahşükür Paşazadəni Salman Musayev təmsil edib

Düzəliş: Liviyada keçirilmiş Beynəlxalq İslam Xalq Bürosu baş katibliyinin illik hesabat sessiyasında Allahşükür Paşazadəni Salman Musayev təmsil edib
# 02 avqust 2008 10:27 (UTC +04:00)
Bakı - APA. Liviyanın paytaxtı Tripoli şəhərində keçirilmiş Beynəlxalq İslam Xalq Bürosu baş katibliyinin illik hesabat sessiyası haqqında APA-nın avqustun 1-də yaydığı məlumatda yanlışlığa yol verilib. Məlumatda yalnış olaraq tədbirdə Qafqaz Müqsalmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin iştirak etdiyi qeyd olunub. QMİ-dən APA-ya bildirilib ki, islam təşkilatları rəhbərlərinin, dünyanın tanınmış elm və din xadimlərinin qatıldığı sessiyada katibliyin üzvü A. Paşazadəni QMİ sədrinin birinci müavini Salman Musayev təmsil edib. Sessiyada A. Paşazadənin Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsini, dini sahədə tolerantlıq mühitinin hökm sürdüyünü özündə ehtiva edən məruzəsi iştirakçıların diqqətinə çatdırılıb və böyük marağa səbəb olub. Liviyanın dövlət başçısı Müəmmər Qəzzafi toplantı iştirakçılarını rəsmi iqamətgahında qəbul edib və onlarla fikir mübadiləsi aparıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR