Bank Of Baku

Goranboyda qədim tarixi abidələrin tədqiqatı aparılır

Goranboyda qədim tarixi abidələrin tədqiqatı aparılır
# 02 avqust 2008 13:00 (UTC +04:00)
Goranboy. Teymur Zahidoğlu –APA. Goranboyun Safı Kürd kəndi yaxınlığındakı «Yeddi qardaş» adlanan qədlim kurqanların araşdırılmasına başlanıb. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya institutunun əməkdaşı Müzəffər Hüseynov APA-nın Qarabağ bürosuna bildirib ki, hazırda qazıntı işləri aparılan kurqanın ilk və son tunc dövrlərinə aid olduğu ehtimal edilir. Alimlər Yevlaxın Gülövşə kəndi ərazisində aşkarlanmış küp qəbirə də ilkin baxış keçiriblər. Gəncə Elm Mərkəzinin şöbə müdiri, professor Arif Məmmədov APA-nın Qarabağ bürosuna bildirib ki, qəbir tarixi iki era arasındakı keçid dövrünə təsadüf edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR