Bank Of Baku

Kür və Araz çaylarında fenol və mis birləşmələrinin qatılıq həddi normanı dəfələrlə keçib

Kür və Araz çaylarında fenol və mis birləşmələrinin qatılıq həddi normanı dəfələrlə keçib
# 04 avqust 2008 08:24 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyulun son ongünlüyündə keçirdiyi monitorinqin nəticələrini açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, monitorinqin nəticələrinə əsasən Kür çayının Gürcüstan ərazisində transsərhəd çirklənməyə məruz qalan məntəqələrdə suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddi (YVQH) dəfələrlə çoxdur. Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 4, mis birləşmələri 6 dəfə, Ağstafaçayda fenollar 3, mis birləşmələri 4 dəfə, Ağstafaçay su anbarında isə fenollar və mis birləşmələri 3 dəfə yol verilən qatılıq həddini keçib. Biogen maddələrdən ammonium, nitrat və nitrit ionları norma daxilindədir. Ermənistanla transsərhəd olan Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıq müşahidə olunub. Çayın Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 4, mis birləşmələri 6 dəfə, I Şahsevəndə fenollar 3, mis birləşmələri 5 dəfə, Bəhramtəpədə isə fenollar 3, mis birləşmələri 4 dəfə qatılıq həddini keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5,40-7.6 mq/l arasında dəyişərək norma daxilindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR