Bank Of Baku

Azərbaycan Təhsil Nazirliyi II siniflər üçün yeni tələblərə uyğun dərsliklərin hazırlanması ilə bağlı tender elan edib

Azərbaycan Təhsil Nazirliyi II siniflər üçün yeni tələblərə uyğun dərsliklərin hazırlanması ilə bağlı tender elan edib
# 04 avqust 2008 09:09 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycan Təhsil Nazirliyi 2009-2010-cu tədris ili üzrə ümumtəhsil məktəblərinin II sinifləri üçün dərslik komplektlərinin (dərslik, müəllim üçün vəsait və iş dəftəri) yeni kurrikulumun tələblərinə uyğun hazırlanmasını və çapını təşkil etmək məqsədilə tender elan edib. Nazirlikdən APA-ya verilən məlumata görə, iki mərhələli tender 14 lot üzrə keçiriləcək. Tenderdə dərsliklərin, müəllim üçün vəsaitlərin və iş dəftərlərinin hazırlanması, nəşri və çapı sahəsində təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi olan nəşriyyat-poliqrafiya müəssisələri (müəllif və ya müəlliflər qrupu ilə birlikdə) iştirak edə bilərlər. Tenderdə iştirak etmək istəyənlər sentyabrın 1-ə kimi sənədləri təqdim etməlidirlər. İlkin olaraq dərsliklərin, müəllim üçün vəsaitlərin və iş dəftərlərinin model və maketləri olan zərflər Tender Komissiyasının iclasında açılacaq, daha sonra dəyərləndirilmək üçün Dərslikləri Qiymətləndirmə Şurasına veriləcək. Qiymətləndirilmədən sonra dərslik komplektləri DQŞ-nin qiymətləndirmə sənədləri ilə birlikdə Tender Komissiyasına qaytarılacaq. İddiaçıların hər bir lot üzrə dərslik komplektlərinin model və maketləri olan təklifləri 2009-cu ilin mayın 6-dək Tender Komissiyasına təqdim olunmalıdır. Dərslik komplektləri olan zərflərin açılışı mərasimi isə mayın 7-də Təhsil Nazirliyində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR