Bank Of Baku

Avqustun 5-dən Azərbaycan ərazisində yenidən güclü külək əsməyə başlayacaq

Avqustun 5-dən Azərbaycan ərazisində yenidən güclü külək əsməyə başlayacaq
# 04 avqust 2008 09:45 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Ötən günlər ərzində ölkə ərazisində havanın temperaturu 2 dərəcə düşüb. Aran rayonlarında temperatur 33-37, dağlıq rayonlarda 20-23, Bakı və Abşeron yarımadasında 28-32 dərəcə təşkil edib. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva APA-ya bildirib ki, bu həftənin birinci yarısında temperatur Bakı və Abşeron yarımadasında 32-34 dərəcə olacaq. Bu isə iqlim normasına yaxın göstəricidir. Həftənin ikinci yarısında isə havalar tədricən daha da sərinləşəcək. Həmin müddətdə Bakı və Abşeron yarımadasında temperaturun 28-30 dərəcədən yüksək olacağı gözlənilmir. Avqustun 5-dən 6-a keçən gecədən başlayaraq ayın 9-dək güclü şimal küləyi üstünlük təşkil edəcək. Həftənin ikinci yarısında, əsasən, dağlıq və dağətəyi rayonlarda gecə və axşam saatlarında qısamüddətli yağışlar gözlənilir.
Yaxın üç gün ərzində Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin üstün olacağı, temperatur rejiminin iqlim norması ətrafında tərəddüd edəcəyi proqnozlaşdırılır. U. Tağıyeva deyib ki, əhali belə yay temperaturlarına uyğunlaşdığından meteoroloji şərait əksər insanlar üçün nisbətən əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR