Bank Of Baku

Rəsmi Bakı Gürcü-Azərbaycan Dövlət Universitetinin yaradılması təklifi ilə Gürcüstan tərəfinə müraciət edib

Rəsmi Bakı Gürcü-Azərbaycan Dövlət Universitetinin yaradılması təklifi ilə Gürcüstan tərəfinə müraciət edib
# 05 avqust 2008 08:11 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. “Bu gün Gürcüstanda yaşayan azərbaycanlılar, eləcə də gürcü alimləri miqrasiya, kadr probleminin həllini xüsusi statuslu Gürcü - Azərbaycan Dövlət Universitetinin açılmasında görürlər. Bütün təzyiqlərə baxmayaraq, Azərbaycanla Gürcüstanın uğurlu ortaq iqtisadi layihələrinin olması birgə təhsil layihəsini də həyata keçirməyin mümkünlüyünü gündəmə gətirir”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı, fizika-riyaziyyat elmləri namizədi Fəxri Hacıyev deyib. O bu ideyanın Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən də dəstəkləndiyini bildirib: “Bu günlərdə Azərbaycanın Təhsil Nazirliyinin nümayəndələrinin Gürcüstana səfəri çərçivəsində Təhsil Nazirliyində keçirilən görüşdə məsələ rəsmi bəyan edilib. Hələlik Gürcüstan tərəfi rəsmi mövqe bildirməyib. Dünya təcrübəsində belə ortaq universitetlər yaradılıb. Bu təcrübəyə əsaslanaraq bu universitetin təsis edilməsi Azərbaycanda yaşayan gürcülər üçün də effektli olacaq. Bundan başqa, Gürcüstanda yaşayan azərbaycanlı gənclər də təhsil almaq üçün başqa ölkələrə üz tutmayacaq, iki dildə fəaliyyət göstərən doğma elm ocağını xidmətindən yararlana biləcəklər”.
Qeyd edək ki, yeni universitetin Gürcüstanın hansı bölgəsində açılacağı da hələlik məlum deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR