Bank Of Baku

ETSN: Ermənilərin Ağstafada törətdiyi yanğın nəticəsində 20 hektardan çox ərazi məhv olub

ETSN: Ermənilərin Ağstafada törətdiyi yanğın nəticəsində 20 hektardan çox ərazi məhv olub
# 05 avqust 2008 08:45 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Ağstafa rayonunun Köhnə Qışlaq kəndi ilə həmsərhəd olan təmas xəttində ermənilər tərəfindən törədilən yanğın nəticəsində ətraf mühitə dəyən ziyanı müəyyənləşdirmək məqsədilə yerli qurumlarının mütəxəssislərindən ibarət komissiya yaradıb. Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, avqustun 3-də günün 2-ci yarısında ermənilərin havaların isti və küləkli keçməsindən istifadə edərək törətdiyi yanğınla bağlı aparılan ilkin hesablamalara görə, yanğın zamanı ərazinin bitki örtüyünə və torpağa ciddi ziyan dəyib. ETSN-in Ağstafa Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin ilkin məlumatına əsasən, yanğın nəticəsində 20 hektardan çox ərazi yanaraq məhv olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR