Bank Of Baku

Rusiya ictimaiyyətinin nümayəndələri Hüseyn Xan Naxçıvanskinin adının əbədiləşdirilməsi xahişi ilə prezidentə müraciət ediblər

Rusiya ictimaiyyətinin nümayəndələri Hüseyn Xan Naxçıvanskinin adının əbədiləşdirilməsi xahişi ilə prezidentə müraciət ediblər
# 05 avqust 2008 09:00 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva – APA. Rusiya ictimaiyyətinin nümayəndələri çar II Nikolayın ordusunda xidmət etmiş azərbaycanlı zabit Hüseyn Xan Naxçıvanskinin adının əbədiləşdirilməsi xahişi ilə prezident Dmitri Medvedevə müraciət ediblər. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, müraciətdə deyilir ki, Rusiya tarixində unudulmuş, adları dərsliklərdən çıxarılmış xeyli önəmli şəxsiyyət tapmaq olar və bunlardan biri də Hüseyn Xan Naxçıvanskidir: “Moskva və ya Sankt-Peterburq küçələrindən birinə Azərbaycan xalqının bu böyük oğlunun və Rusiyanın sadiq təbəəsinin adı verilə bilər. Bu addım həm tarixi ədaləti bərpa edər, həm də sadə ruslar və azərbaycanlılar arasında dostluğu əhəmiyyətli dərəcədə gücləndirərdi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR