Bank Of Baku

Azərbaycanda mina qurbanlarının həyatından bəhs edən «Bu, onların taleyidir» kitabının təqdimatı keçirilib

Azərbaycanda mina qurbanlarının həyatından bəhs edən «Bu, onların taleyidir» kitabının təqdimatı keçirilib
# 05 avqust 2008 10:55 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən nəşr olunan və Azərbaycanda mina qurbanlarının həyatından bəhs edən «Bu, onların taleyidir» kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, kitabın redaktoru Azər Həsrət bildirib ki, nəşrdə mina və partlamamış hərbi sursatlardan zərər çəkən insanların bir qrupunun faciəli taleyi, arzu və istəkləri yer alıb. Kitabda ümumilikdə 27 nəfər mina qurbanı barədə məlumatlar Azərbaycan və ingilis dillərində nəşr olunub. A. Həsrət mina qurbanlarının həyatından bəhs edən kitabların gələcəkdə də hazırlanacağını vurğulayıb. BAMF-ın rəhbəri Umud Rəhimoğlu isə bildirib ki, kitab mina qurbanlarının yaşadığı ağrıları ictimaiyyətə çatdırmaq məqsədi ilə nəşr edilib. Onun beynəlxalq təşkilatlara paylanması və xaricdə yayımlanması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR