Bank Of Baku

Azərbaycanda məktəblərlə bağlı bütün məlumatlar elektronlaşdırılacaq

Azərbaycanda məktəblərlə bağlı bütün məlumatlar elektronlaşdırılacaq
# 18 avqust 2008 11:25 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycanda orta məktəblərin fəaliyyəti ilə bağlı məktəb hesabatları elektronlaşdırılacaq.
Təhsil Nazirliyinin təhsilin idarə olunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov «APA-Economics»ə bildirib ki, Azərbaycanda ilk dəfə olaraq, məktəblərin fəaliyyəti ilə bağlı bütün məlumatlar elektronlaşdırılaraq vahid bazaya daxil ediləcək. Şöbə müdirinin sözlərinə görə, məktəblər hesabatlarını kağız formasında təqdim etdikləri üçün onların emalı vaxt aparırdı. Buna görə də nazirlik son iki ərzində elektron məlumat bazasına məktəblərin fəaliyyəti ilə bağlı ən vacib məlumatları daxil edə bilirdi.
İ.Sadıqov deyib ki, məktəb hesabatlarının elektronlaşdırılması üçün yeni proqram təminatı hazırlanıb. Yeni proqram təminatı ilə işləmək bacarığına yiyələnmək üçün sentyabrın ilk dekadasında Bakıda rayon təhsil şöbələrinin məsul şəxsləri üçün bir necə günlük treninq keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR