Bank Of Baku

Şəmkir, Daşkəsən və Göygöldə ictimai dinləmələr keçirilib

Şəmkir, Daşkəsən və Göygöldə ictimai dinləmələr keçirilib
# 18 avqust 2008 22:47 (UTC +04:00)
Bakı – APA. Ombudsman Elmira Süleymanova İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) təbliği və tətbiqi vəziyyətinin araşdırılması məqsədilə ölkənin bütün rayonlarını əhatə edəcək ictimai dinləmələr keçirir. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şəmkirdə təşkil olunan ictimai dinləmədə çıxış edən E. Süleymanova prezident seçkisində iştirak edəcək namizədlərin qeydiyyatdan keçdiyini diqqətə çatdırıb, dairə seçki komissiyalarının, icra hakimiyyəti orqanlarının, polisin üzərinə düşən vəzifələr barədə danışıb. Tədbirdə fikir mübadiləsi aparılıb, bir sıra problemlər, o cümlədən cinsi toxunulmazlığın pozulması, yetkinlik yaşına çatmayanların nikahı və bunun nəticəsində müşahidə olunmuş hüquq pozuntuları diqqətə çatdırılıb.


Daşkəsəndə keçirilən ictimai dinləmə zamanıİnsan Hüquqları üzrə Müvəkkil Daşkəsən şəhərinin salınmasının 60 illiyi münasibətilə yerli sakinləri təbrik edib. Tədbirin sonunda iştirakçılara MFP-nin nüsxələri, Ombudsman təsisatı tərəfindən hazırlanmış digər maarifləndirici vəsaitlər paylanılıb.


İctimai dinləmələr Göygöldə davam etdirilib. Tədbirdə rayonda 110 yaşına çatmış 17 seçicinin olduğu, seçki hüquqları sahəsində maarifləndirmə işinin aparıldığı, VVAQ, hərbi komissarlıq və polis orqanları ilə birlikdə seçici siyahılarının təkmilləşdirildiyi qeyd edilib.

E. Süleymanova, həmçinin Göygöl rayonunda ön xəttə yerləşən “N” saylı hərbi hissədə şəxsi heyətin xidmət şəraiti, qidalanması, hərbi biliklərə yiyələnməsi vəziyyətini yoxlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR