Bank Of Baku

Türkiyədə yaşayan 29 yaşlı azərbaycanlı iş adamının 15 milyon dollarlıq sərvəti var

Türkiyədə yaşayan 29 yaşlı azərbaycanlı iş adamının 15 milyon dollarlıq sərvəti var
# 18 avqust 2008 14:13 (UTC +04:00)
İstanbul – APA. Hazırda Türkiyədə yaşayan azərbaycanlı iş adamı Elşən Quliyev 15 milyon dollarlıq sərvətə malikdir. APA-nın məlumatına görə, 29 yaşlı E. Quliyev iş həyatına orta məktəbdə oxuyarkən atılıb. Həmin vaxt kompüter oyunları satmağa başlayan həmyerlimiz daha sonra bu işi inkişaf etdirib. Bu işlə və birjada qiymətli kağızların alqı-satqısı ilə məşğul olaraq, sərvətini 15 milyon dollara çatdırıb.

Azərbaycanda orta məktəbi bitirəndən sonra Neft Akademiyasına daxil olan E. Quliyev ali təhsilini başa vuraraq ABŞ-a gedib. O, magistr təhsilini ABŞ-ın məşhur Harvard Universitetində alıb və 2007-ci ildən isə Türkiyədə yaşamağa başlayıb. E. Quliyev bütün sərmayəsini Türkiyədə daşınmaz əmlaka yönəldib. Hazırda onun yanında işləyən Timoty McBride adlı şəxs “Microsoft”un yaradıcısı Bill Qeytsin sinif yoldaşı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR