Bank Of Baku

Azərbaycanda 18 yaşınadək uşaqlara sosial müavinət almaq hüququ verən tibbi göstərişlərin meyarları hazırlanıb

Azərbaycanda 18 yaşınadək uşaqlara sosial müavinət almaq hüququ verən tibbi göstərişlərin meyarları hazırlanıb
# 18 avqust 2008 14:51 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) «Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinət almaq hüququ verən tibbi göstərişlərin meyarları»nı hazırlayıb. Bu barədə «APA-Economics»ə ƏƏSMN-in tibbi-sosial ekspertizanın təşkili və əlillərin reabilitasiyası şöbəsinin baş məsləhətçisi Saday Abdullayev məlumat verib.
S.Abdullayev bldirib ki, yeni meyarlar hazırda Nazirlər Kabinetində baxılır. NK tərəfindən bəyənilən yeni meyarların yaxın vaxtlarda təsdiqlənəcəyi gözlənilir.
S.Abdullayevin sözlərinə görə, Azərbaycanda indiyədək analoji meyarlar 16 yaşınadək olan uşaqlar üçün müəyyənləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR