Bank Of Baku

Zaqatalanın Kəpənəkçi kəndində yeni mədəniyyət evi istifadəyə verilib

Zaqatalanın Kəpənəkçi kəndində yeni mədəniyyət evi istifadəyə verilib
# 21 avqust 2008 02:12 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov - APA. Zaqatalanın Kəpənəkçi kəndində yeni mədəniyyət evi istifadəyə verilib. Rayon İcra Hakimiyyətindən APA-nın Şəki-Zaqatala bürosuna bildirilib ki, rayonun daxili imkanları hesabına ərsəyə gələn kənd mədəniyyət evinin açılış mərasiminə ictimaiyyətin nümayəndələri ilə yanaşı, hüquq mühafizə orqanlarının rəhbərləri və icra hakimiyyəti başçısı Asif Əsgərov da qatılıb. Açılışda çıxış edən A. Əsgərov rayonda aparılan tikinti-abadlıq və quruculuq işlərindən danışaraq Zaqatalanın inkişaf mərhələsində olduğunu bildirib. O, yaxın gələcəkdə rayonun bütün kəndlərində yeni mədəniyyət ocaqlarının istifadəyə veriləcəyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR