Bank Of Baku

Bu il Azərbaycanda 1 784 işaxtaran əmək yarmarkasında işlə təmin olunub

Bu il Azərbaycanda 1 784 işaxtaran əmək yarmarkasında işlə təmin olunub
# 21 avqust 2008 09:31 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Baş Məşğulluq İdarəsinin təşkilatçılığı ilə avqustun 22-də İmişli və Hacıqabul, avqustun 23-də isə Sabirabad rayonunda işaxtaranlar üçün əmək yarmarkası keçiriləcək.
İdarədən «APA-Economics»ə verilən məlumata görə, bu il ərzində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, Azərbaycanın 18 rayon və şəhər mərkəzində 19 yarmarka keçirilib. Bu yarmarkalarda vətəndaşlara 790 müəssisə 7 790 boş iş yeri təqdim edib. Yarmarkalarda 1 784 vətəndaş iş üçün göndəriş alıb, 184 nəfər peşə hazırlığı kurslarına, 87 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilmək üçün qeydiyyata düşüb.
Qeyd edək ki, bu gün Masallıda əmək yarmarkası keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR