Bank Of Baku

Avqustun 19 və 20-si Azərbaycanda bu ayın ən isti günləri olub

Avqustun 19 və 20-si Azərbaycanda bu ayın ən isti günləri olub
# 21 avqust 2008 12:39 (UTC +04:00)
Avqustun 18, 19 və 20-də isə havada rütubətin çox olması istiliyin effektini daha da artırıb. İ. Məmmədov deyib ki, həmin günlərdə Bakı və Abşeron yarımadasında havanın maksimal temperaturu günorta saatlarında 40, ən isti bölgələr hesab edilən Naxçıvan Muxtar Respublikası və Aran rayonlarında isə 42 dərəcədən yüksək olmayıb.

Bununla belə, avqustun 19 və 20-də müşahidə edilən hava şəraiti iyulun 24-dən 28-dək müşahidə edilən hava şəraitinə çox oxşar olduğundan həmin tarixlər yayın ən isti günləri sayılmır. İ. Məmmədov ümumilikdə builki göstəricilərin rekord həddi keçmədiyini də söyləyib. Onun sözlərinə görə, qlobal istiləşmə prosesi nəticəsində son illər iyul, avqust, hətta sentyabr aylarının ilk günləri çox isti keçir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR