Bank Of Baku

Bakı Yanğın - Texniki Məktəbinə keçirilmiş test imtahanının nəticələri açıqlanıb

Bakı Yanğın - Texniki Məktəbinə keçirilmiş test  imtahanının nəticələri  açıqlanıb
# 22 avqust 2008 17:17 (UTC +04:00)
Bakı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Fövqəladə Hallar Nazirliyinin müraciətinə əsasən, nazirliyin tabeliyində olan Bakı Yanğın -Texniki Məktəbində oxumaq arzusunda olan gənclər ücün avqustun 21-də test üsulu ilə keçirdiyi qəbul imtahanının nəticələri açıqlanıb. Komissiyadan APA-ya verilən məlumata görə, ayrılmış 100 plan yerinə 326 nəfər sənəd verib. Onlardan 100 nəfəri tələbə adı qazanıb. Ən yüksək bal 277.5, ən aşağı keçid balı isə 121.250 olub.
Müsabiqənin nəticələri avqustun 22-də saat 18:30-da www.tqdk.gov.az internet səhifəsində yerləşdirilib və “Abituriyent” jurnalının 9-cu sayında dərc edilib.
Qəbul olan abituriyentlər lazımi sənədləri avqustun 26-dan sentyabrın 2-dək müvafiq təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR