Bank Of Baku

Penitensiar Sistemə Nəzarət İctimai Komitəsinin səlahiyyət müddəti başa çatır

Penitensiar Sistemə Nəzarət İctimai Komitəsinin səlahiyyət müddəti başa çatır
# 25 avqust 2008 12:44 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Avqustun 28-də Ədliyyə Nazirliyi yanında Penitensiar Sistemə Nəzarət İctimai Komitəsinin indiki tərkibinin sonuncu iclası keçiriləcək. Bu barədə APA-ya komitənin koordinatoru Sahib Məmmədov bildirib. S. Məmmədov deyib ki, komitənin hazırkı tərkibinin səlahiyyət müddəti başa çatmaq üzrədir. Komitə üzvləri sentyabrın 11-də ictimaiyyətə, qurumu formalaşdıran Seçki Komissiyasına hesabat verəcək. Bundan sonra isə Seçki Komissiyası daxil olan müraciətlər əsasında İctimai Komitənin tərkibini yenidən formalaşdıracaq.

S. Məmmədov deyib ki, İctimai Komitənin üzvləri cəzaçəkmə yerləri üzrə monitorinqləri davam etdirir. Avqustun 23-də 10 saylı Cəzaçəkmə Müəssisəsinə baş çəkildiyini bildirən S. Məmmədov hazırda orada 760 məhkum saxlandığını açıqlayıb. Saxlanma, qidalanma rejiminin normal olduğunu bildirən hüquq müdafiəçisinin sözlərinə görə, müəssisədə həkim-narkoloq ştatı boşdur. O, müəssisənin həkim-narkoloqla təmin olunması üçün Ədliyyə Nazirliyinə tövsiyə ilə müraciət edəcəklərini bildirib.

Qeyd edək ki, Ədliyyə Nazirliyi yanında Penitensiar Sistemə Nəzarət İctimai Komitəsi 2006-cı ildən fəaliyyət göstərir. Qəbul edilən qaydaya əsasən, komitənin tərkibi bir il müddətinə seçilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR