Bank Of Baku

Azərbaycanda yaşayan gözdən əlillər rabitə müəssisələrində işləyə biləcək

Azərbaycanda yaşayan gözdən əlillər rabitə müəssisələrində işləyə biləcək
# 25 avqust 2008 12:47 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanda yaşayan gözdən əlillər rabitə müəssisələrində işləyə biləcək. Bu barədə APA-ya Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev bildirib. O, gözdən əlil şəxslərin rabitə müəssisələrində işlə təmin olunması üçün “Aztelekom” İstehsalat Birliyi ilə birlikdə xüsusi kurslar həyata keçirən məktəb açdıqlarını və artıq həmin məktəbə tələbə qəbulu aparmağa başladıqlarını deyib. S. Abdullayev sözügedən məktəbin gözdən əlil insanların rabitə sahəsində işləmək hüququnu təmin etmək üçün yaradıldığını bildirib. Həmin məktəbi bitirən məzunlar dövlət rabitə müəssisələrində və mobil operatorlarda işləyə biləcəklər: “Bu məktəblərdə təhsil müddəti 1,6 ildir. Gələcəkdə həmin məktəb Rabitə Kollecinin tərkibində xüsusi fakültə kimi də fəaliyyət göstərə bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR