Bank Of Baku

Elçin Behbudov polisdəki işgəncə faktı ilə bağlı daxili işlər nazirinə müraciət edəcək

Elçin Behbudov polisdəki işgəncə faktı ilə bağlı daxili işlər nazirinə müraciət edəcək
# 25 avqust 2008 13:33 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün Şüvəlandakı 3 saylı istintaq təcridxanasında monitorinq keçirib. Komitə sədri APA-ya bildirib ki, təcridxanaya ona edilən şikayət əsasında gedib. Hüquq müdafiəçisinin sözlərinə görə, təcridxanada baş çəkdiyi 1967-ci il təvəllüdlü Bakı şəhər sakini Elman Abdullayev ona polisdə saxlanılan zaman işgəncə verildiyini, döyüldüyünü bildirib: “Elman Abdullayev Cinayət Məcəlləsinin 181.2.5 (quldurluq (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə)) maddəsi ilə ittiham olunur. Ona Bakı şəhərinin polis idarələrindən birində işgəncə verilib. Saxlanılan şəxsin bədənində xəsarətlər vardı”.

Faktla bağlı hazırda araşdırma apardığını bildirən hüquq müdafiəçisi daxili işlər naziri Ramil Usubova müraciət edəcəyini bildirib. Təcridxanada saxlanılan 1965-ci il təvəllüdlü Bakı sakini Xalıq Qurbanov da ona polisdə işgəncələr verildiyini deyib. Komitə sədri nazirə bununla da bağlı müraciət edəcəyini söyləyib. E. Behbudov təcridxanada görüşdüyü üçüncü şəxsin – Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi üzrə ittiham edilərək 13 il müddətinə azadlıqdan məhrum edilən Nəsibə Abdullayevanın barəsindəki məhkəmə hökmündən şikayətləndiyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR