Bank Of Baku

Heydər Əliyev Fondunun təşəbbüsü ilə israilli həkimlərin Azərbaycana səfəri təşkil olunub

Heydər Əliyev Fondunun təşəbbüsü ilə israilli həkimlərin Azərbaycana səfəri təşkil olunub
# 25 avqust 2008 15:54 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Heydər Əliyev Fondunun təşəbbüsü ilə İsrailin «Xorev» Tibb Mərkəzi Qadın Sağlamlığı İnstitutunun nümayəndə heyətinin Azərbaycana səfəri təşkil olunub. Fonddan APA-ya bildirilib ki, nümayəndə heyətinin üzvləri Bakının Əzizbəyov rayonunun Zirə qəsəbəsində, Yevlax və Gəncə şəhərlərində qadınlara tibbi məsləhətlər verəcəklər. Qadınlara beynəlxalq səviyyədə ixtisaslaşmış tibbi məsləhətlərin verilməsi məqsədilə təşkil olunan səfər zəif cinsin nümayəndələrində ginekoloji və onkoloji xəstəliklərin aşkarlanmasına yardım edəcək.

Məsləhət günlərində qadın xəstəlikləri patologiyası ilə müraciət edənləri yerli səhiyyə idarələrinin iştirakı ilə İsraildən gələn 4 professor – Avropa Onkoloq Həkimlər Assosiasiyasının eksperti Riva Barovik, Avropa Ginekoloqları Kollegiyasının büro üzvü Olqa Koqan, Süd Vəzlərinin Ultrasəs Diaqnostikası İnstitutunun direktoru Yudit Qoldman və «Xorev» Tibb Mərkəzinin beynəlxalq departamentinin direktoru Roman Barak qəbul edir. Bu gün Zirə qəsəbə poliklinikasında pasient qəbul edən nümayəndə heyəti avqustun 27-də Yevlaxda, avqustun 28-də isə Gəncədə məsləhət günləri keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR