Bank Of Baku

Bu həftə Azərbaycanın 6 rayonunda əmək yarmarkası keçiriləcək

Bu həftə Azərbaycanın 6 rayonunda əmək yarmarkası keçiriləcək
# 01 sentyabr 2008 08:33 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi bu həftə ərzində daha 6 rayonda əmək yarmarkası keçirəcək.
İdarədən «APA-Economics»ə verilən məlumata görə, sentyabrın 4-də Göygöl, Zaqatala, sentyabrın 5-də isə Şamaxı, Şirvan, Tərtər və Balakən rayonlarında yarmarka təşkil ediləcək. Hazırda isə yarmarkalarda iştirak etmək istəyən müəssisələr vakant iş yerləri ilə bağlı idarəyə məlumat verir.
İdarədən bildirilib ki, ümumilikdə bu il respublikanın 31 rayonunda 32 əmək yarmarkası keçirilib. Bu yarmarkalarda 1 170 müəssisə tərəfindən 11 565 boş qalmış iş yeri təqdim edilib. Yarmarkalarda 3 023 nəfər münasib işlərə göndəriş alıb, 280 nəfər peşə hazırlığı, 177 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR