Bank Of Baku

Azərbaycanın ən böyük göllərinin biri quruyub

Azərbaycanın ən böyük göllərinin biri quruyub
# 01 sentyabr 2008 09:13 (UTC +04:00)
İyulun 29-da göldə monitorinq keçirən ekoloqlar bildiriblər ki, əvvəllər gölə yalnız Kür çayı daşanda su gəlib. Ancaq təbii axımın qarşısı alındığından SSRİ dövründə gölə nasoslarla su vurulub. Sonradan bu işlərin dayanması gölün susuz qalması ilə nəticələnib.
Son günlər havaların isti keçməsi isə göldə suyun buxarlanmasını sürətləndirib, nəticədə göl tamamilə quruyub. Hazırda gölün yatağında duz qalıqları müşahidə edilir. Kanalizasiya və çirkab suların axıdıldığı göldən qalxan kəskin üfunət ətrafı bürüyüb.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Şirvan Ərazi İdarəsindən isə məsələyə münasibət bildirmək istəməyiblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor əvəzi Məmmədhüseyn Müslümov isə APA-ya bildirib ki, bu günlərdə ərazidə yenidən monitorinqə başlanılıb və yaxın günlərdə araşdırma başa çatacaq. Monitorinqin nəticələri əsasında sonrakı mərhələdə görüləcək tədbirlər müəyyənləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR