Bank Of Baku

Bakıda “XXI əsrdə təhsil yaradıcı şəxsiyyətlərin gözündə” mövzusunda dəyirmi masa keçirilib

Bakıda “XXI əsrdə təhsil yaradıcı şəxsiyyətlərin gözündə” mövzusunda dəyirmi masa keçirilib
# 02 sentyabr 2008 11:17 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Bu gün Bakıda “XXI əsrdə təhsil yaradıcı şəxsiyyətlərin gözündə” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Prezidentin İcra Aparatının humanitar məsələlər üzrə şöbə müdiri Fatma Abdullazadə bu mövzuda tədbirin belə geniş şəkildə ilk dəfə keçirildiyini deyib. O, Azərbaycan təhsilində baş verən inkişaf sayəsində ölkəyə oxumağa gələn gənclərin sayının artığını da söyləyib. Azərbaycanın təhsil naziri Misir Mərdanov isə qeyd edib ki, son beş il Azərbaycan təhsili üçün yaddaqalan olub. “Təhsilə ayrılan büdcə 2003-cü illə müqayisədə 5 dəfədən çox artaraq 2008-ci ildə 1,1 milyard manata, investisiya qoyuluşları isə 5,8 milyondan 220 milyon manata çatıb. Son 20 ildə ilk dəfə olaraq, Bakıda 11 yeni uşaq bağçası tikilib istifadəyə verilib. İlin sonunadək 21 uşaq bağçasının əsaslı təmiri başa çatdırılacaq, onlar müasir avadanlıqlarla təmin ediləcək”. M. Mərdanov əlavə edib ki, “Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı (2008-2012-ci illər)” çərçivəsində bu il 200 məktəb sürətli internetə qoşulacaq. Bundan əlavə, bu il ərzində DATA Mərkəzi, elektron tədris resursları bazası, vahid təhsil portalı yaradılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR