Bank Of Baku

Azərbaycanın təhsil naziri: “Maaşların artırılması barədə sərəncam 400 min təhsil işçisini əhatə edib”

Azərbaycanın təhsil naziri: “Maaşların artırılması barədə sərəncam 400 min təhsil işçisini əhatə edib”
# 02 sentyabr 2008 11:30 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. “Prezidentin yeni dərs ili ərəfəsində təhsil işçilərinin əmək haqlarının artırılması barədə sərəncam verməsi yüz minlərlə insana stimul verib. Bu sərəncam ölkədə 400 min nəfəri əhatə edib”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib.

Nazir bildirib ki, yeni sərəncam əsasında sentyabrın 1-dən ali təhsil istisna olmaqla, təhsilin digər pillələri üzrə çalışan işçilərin əmək haqqı 25% artımla hesablanacaq. Nazirin sözlərinə görə, bu il ərzində təhsil işçilərinin əmək haqları artıq 50% yüksəlib. Bu artım hesabına müəllimlərin hazırda 150 manat həddində olan orta aylıq əmək haqqı daha da artacaq.

M. Mərdanov gələcəkdə təhsil işçilərinin əmək haqlarında daha ciddi artımların baş verəcəyini gözlədiklərini də söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR