Bank Of Baku

Azərbaycanda ali məktəb məzunları birbaşa orta məktəbdə işə götürülməyəcək

Azərbaycanda ali məktəb məzunları birbaşa orta məktəbdə işə götürülməyəcək
# 02 sentyabr 2008 11:41 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Gələcəkdə Azərbaycanda ali məktəbi bitirən məzunların birbaşa orta məktəbə işə qəbuluna icazə verilməyəcək. APA-nın məlumatına görə, Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib ki, dünya ölkələrində ali məktəbi bitirən gənclərin orta məktəbə işə qəbulundan əvvəl təcrübəli müəllim yanında çalışma təcrübəsi var: “Dünyada da belə təcrübə var ki, ali məktəbi qurtaran şəxs təyinatını alır, amma bir il təcrübəli müəllimin yanında stajçi kimi çalışır. Sonra isə məktəbə götürülür”.

Nazir bu yeniliyin yalnız qanunvericilikdə əksini tapdıqdan sonra tətbiq olunacağını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR