Bank Of Baku

Rayon təhsil şöbələrinin Təhsil Nazirliyinin icazəsi olmadan müəllimlərin işə qəbul etməsinə qadağa qoyulub

Rayon təhsil şöbələrinin Təhsil Nazirliyinin icazəsi olmadan müəllimlərin işə qəbul etməsinə qadağa qoyulub
# 02 sentyabr 2008 12:27 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva –APA. Təhsil Nazirliyi Azərbaycanda orta məktəblərə müəllimlərin işə qəbuluna ciddi məhdudiyyət qoyub. APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov bildirib ki, artıq bütün rayon və şəhər təhsil şöbələrinə nazirliyin icazəsi olmadan müəllimlərin işə qəbul edilməməsi barədə məktub göndərib. M. Mərdanovun sözlərinə görə, bundan sonra rayon təhsil şöbələri hansı məktəbdə nə qədər müəllimə ehtiyac duyduqları barədə onlara məlumat verəcəklər. Daha sonra isə müəllimlərin bu məlumatlar əsasında seçimi aparılacaq və onlar işə qəbul ediləcək. Nazir bildirib ki, “2005-2009-cu illər üçün ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə Dövlət Proqramı” çərçivəsində indiyədək ucqar kənd məktəblərinə güzəştli şərtlərlə 4800 müəllim göndərilib. Gələn il ərzində daha 1308 müəllimin pedaqoji kadr çatışmazlığı problemi olan ucqar kəndlərə göndərilməsi nəzərdə tutulur.
M. Mərdanov məktəblərdə mobil telefonlardan istifadə məsələsinə də münasibət bildirib: “Heç nəyin qadağa yolu ilə həllinə tərəfdar deyiləm. Mənə elə gəlir ki, əvvəlcə ictimaiyyəti, müəllimləri buna hazır etməliyik, sonra isə məktəblərdə mobil telefondan istifadə ilə bağlı qərar qəbul etmək olar. Ancaq bu gün belə qərarın qəbulunu mənasız hesab edirəm”.
Nazirin fikrincə, məktəblərə şagirdlərin mobil telefonlardan istifadəsinin qarşısını almaq üçün ilk növbədə məktəb rəhbərliyi və müəllimlər dərslərdə telefondan istifadə etməməlidirlər: “Əgər müəllim dərs zamanı mobil telefondan istifadə edirsə, şagirdin qarşısını necə almaq olar? Bunun üçün də bu işi ilk növbədə müəllim və valideynlərdən başlamaq lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR