Bank Of Baku

Avropa Şurası və Ədliyyə Nazirliyi “Azərbaycanda həbsxana islahatına dəstək- 2008/2009” layihəsinin ilk iclasını təşkil edir

Avropa Şurası və Ədliyyə Nazirliyi “Azərbaycanda həbsxana islahatına dəstək- 2008/2009” layihəsinin ilk iclasını təşkil edir
# 02 sentyabr 2008 12:59 (UTC +04:00)
Bakı. Laçın sultanova-APA. Sabah Avropa Şurası və Ədliyyə Nazirliyinin “Azərbaycanda Həbsxana İslahatına Dəstək 2008-2009” layihəsi çərçivəsində ilk iclas keçiriləcək. Avropa Şurasının Bakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, layihə Penitensiar Xidmət tərəfindən həbsxana sistemində Avropa standartlarına uyğun islahatlar həyata keçirilməsi üçün ehtiyacların müəyyənləşdirilməsi məqsədini daşıyır. İki il müddətində davam edəcək layihə Norveç hökuməti tərəfindən maliyyələşdirilir. Layihə hal-hazırda başlanğıc mərhələdədir. İclas layihənin əsas iş planının təqdimatı və müzakirəsi üçün təşkil edilir. Layihə Həbsxana Təlim Mərkəzinə öz keyfiyyətini inkişaf etdirmək üçün və həbsxana işçilərin professional bacarıqlarının səviyyəsini yüksəltmək və bunun köməyi ilə məhbusların insan haqlarının müdafiə etmək üçün dəstək göstərmək, həbsxanalarda xəstəliklərin qarşısını almaq və sağlamlığın təşviq etmək vasitəsilə tibbi xidmətin təminatını inkişaf etdirmək, alternativ cəzaların və ölçülərin istifadə edilməsini tətbiq etmək və Azərbaycanda sınaq xidmətinin təsis edilməsinə dəstək vermək məqsədi daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR