Bank Of Baku

Naxçıvanda təhsil yarmarkası keçirilib

Naxçıvanda təhsil yarmarkası keçirilib
# 02 sentyabr 2008 13:35 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu - APA Naxçıvanda təhsil yarmarkası keçirilib. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, yarmarkanın təşkili regionun bölgələrdə pedaqoji kadrlara olan tələbatı ödəmək məqsədi daşıyıb. Yarmarkada muxtar respublikanın 222 orta məktəbi üzrə 252 vakant yer təqdim edilib. Yarmarkada müəllim kimi fəaliyyət göstərmək istəyən 144 nəfər pedaqoji əmək fəaliyyəti ilə təmin olunub. Göndərişlərin tam əksəriyyəti muxtar respublikanın ucqar-yaşayış məntəqələri üzrə baş tutub.
Nazirlikdən bildirilib ki, pedaqoji əmək fəaliyyəti ilə təmin olunanların əksəriyyəti son iki ildə ali təhsil məktəblərini bitirən məzunlardır.
Qeyd edək ki, Naxçıvanda son üç ildə keçirilən təhsil yarmarkalarında 300-dən artıq pedaqoji kadr bölgələrə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR