Bank Of Baku

Azərbaycanda Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatının aparılması üçün radiotezliklərlə eyniləşdirmə sistemi yaradılacaq

Azərbaycanda Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatının aparılması üçün radiotezliklərlə eyniləşdirmə sistemi yaradılacaq
# 03 sentyabr 2008 12:20 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. BMT-nin İnkişaf Proqramı (İP) «Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin Formalaşdırılması və İnkişafı» layihəsi çərçivəsində yeni formatda tikilmiş vətəndaşlıq vəziyyəti akt qeydlərinin müasir beynəlxalq standartlara uyğun qeydiyyatının aparılması üçün radiotezlikləri ilə eyniləşdirmə sisteminin təchizatı ilə bağlı tender elan edib. Bu barədə «APA-Economics»ə Tender Komissiyasından məlumat verilib.
Tender çərçivəsində alınacaq sistemin fəaliyyət göstərəcəyi bütün ərazi üzrə Wi-Fi sistemi (Wi-Fi sistemi serverlə birbaşa əlaqədə olmalıdır) qurulmalıdır, həmçinin müvafiq proqram təminatı yaradılmalıdır. Vətəndaşlıq Vəziyyəti Aktları Reyestrində saxlanılan arxiv sənədlərinin yerləşdirilməsinin düzgün və təkrarolunmaz qeydiyyatının aparılması, onların dövriyyəsinin daim izlənilməsi və bu materiallarla yalnız müvafiq orqanların səlahiyyətli əməkdaşlarının işləməsinin təmin edilməsi üçün radiotezliklər vasitəsilə eyniləşdirmə sistemi quraşdırılmalıdır.
Qeyd edək ki, tender təklifləri sentyabrın 22-dək təqdim olunmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR