Bank Of Baku

Avropa İnsan Hüquqları Məhkəməsinin bülleteninin Azərbaycan dilində nəşri başlanıb

Avropa İnsan Hüquqları Məhkəməsinin bülleteninin Azərbaycan dilində nəşri başlanıb
# 03 sentyabr 2008 12:26 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Avropa Şurası (AŞ) və Avrasiya Hüquqşünaslar Assosiasiyası Azərbaycan Hüquqşünaslar Konfederasiyası və Bakı Hüquq Mərkəzi ilə sıx əməkdaşlıqda Avropa İnsan Hüquqları Məhkəməsi bülleteninin Azərbaycan dilində nəşrinə başlayıb. Avropa Şurasının Bakıdakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, bülletenin nəşrində əsas məqsəd Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və onun Azərbaycanda təbliğidir. Bülletenə məhkəmə tərəfindən bu yaxınlarda verilən qərarlar daxildir. Rübdə bir dəfə 1000 nüsxə ilə çar olunacaq bülleten hakimlər, hüquqşünaslar, vəkillər, insan hüquqları müdafiəçiləri, prokurorlar, polis və hüquq fakültəsinin tələbələri, həmçinin maraqlanan digər şəxslər arasında pulsuz paylanılacaq. Sabah bülletenin geniş ictimaiyyətə təqdimatı keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR