Bank Of Baku

İşsizlərə və yoxsullara pulsuz hüquq və informasiya xidməti göstəriləcək

İşsizlərə və yoxsullara pulsuz hüquq və informasiya xidməti göstəriləcək
# 03 sentyabr 2008 13:02 (UTC +04:00)
Bakı-APA. “Sosial İslahatlar və Araşdırmalar” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Məşğulluğun müdafiəsi, yoxsullara pulsuz hüquq və informasiya xidmətinin təşkili” layihəsinin icrasına başlayıb. Birlikdən APA-ya verilən məlumata görə, layihə çərçivəsində işsizlərə və imkansız şəxslərə hüquqlarının izah edilməsi, hüquqi müdafiə imkanlarının genişləndirilməsi nəzərdə tutulub. Məlumata görə, ünvanlı sosial yardım almaq və məşğulluqla bağlı problemlərini həll etmək istəyənlər iş günləri ərzində İctimai Birliyə müraciət edə bilərlər. Qeyd olunub ki, İctimai Birliyin araşdırmalarına görə, əhalinin daimi iş yeri olmayan, işsiz və yoxsul hissəsi mövcud qanunlarla, xüsusən də, “Ünvanlı sosial yardım haqqında” qanunu ilə müəyyənləşən hüquqlarını bilmədikləri üçün dövlət qayğısından, beynəlxalq təşkilatların yardımından məhrum olur, yoxsulluqdan və işsizlikdən qurtarmaq üçün birgə təsərrüfatlar, kiçik müəssisələr qura bilmir, əmək birjalarında iştirak etmir, onlara çatacaq müavinətləri, yardımları, təqaüdləri ala bilmirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR