Şəkidə ABŞ Milli Elm Fondunun qrant dəstəyi əsasında GPS stansiyası qurulacaq

Şəkidə ABŞ Milli Elm Fondunun qrant dəstəyi əsasında GPS stansiyası qurulacaq
# 03 sentyabr 2008 13:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ABŞ-ın Milli Elm Fondunun qrant dəstəyi ilə həyata keçirilən “Ərəbistan-Avrasiya plitələrinin toqquşduğu zonada deformasiya (yerdəyişmə) dinamikasının tədqiqi” adlı beynəlxalq layihənin amerikalı həmrəhbəri, professor Robert Reylinger bu gün Bakıya gəlib. Bu barədə «APA-Economics»ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun mətbuat xidmətindən məlumat verilib. Qeyd edək ki, ABŞ-ın Massaçusets Texnolologiya İnstitutunun geoloqları AMEA-nın Geologiya İnstitutunun alimləri ilə birgə artıq 2 ildir ki, sözügedən layihə çərçivəsində Azərbaycanda GPS (qlobal yertəyinetmə sistemi) stansiyaları quraraq və ərazilərin geodinamik vəziyyətini, seysmik təhlükəliliyini tədqiq edirlər. Amerikalı alim səfəri çərçivəsində Şəki Regional Elmi Mərkəzinin ərazisində Azərbaycanda ikinci GPS stansiyası qurulacaq və ümumdünya şəbəkəsinə qoşulacaq. Bundan əlavə, Pirallahı, Şıxlar, Şamaxı, Qəbələ və Kürdəmirdə seysmik təhlükələrə dair ölçülər aparılacaq.

Xatırladaq ki, Geologiya İnstitutunun binasında quraşdırılmış “NetRS” peyk antenası və “Trimble” peyk qəbuledicisi Azərbaycanın ərazisindəki geodinamik prosesləri, deformasiyaları izləyir və dünyanın müxtəlif bölgələrində mövcud olan GPS monitorinq mərkəzlərinə rəqəmsal məlumatlar ötürürlər. Məlumatların birgə analizi əsasında zəlzələ təhlükələri qiymətləndirilir. Layihənin azərbaycanlı həmrəhbəri, Geologiya İnstitutunun “Geotektonika və geodinamika” şöbəsinin rəhbəri Fəxrəddin Qədirovun sözlərinə görə, layihə regiondakı neft və qaz terminallarının, borularının təhlükəsizliyi baxımından da mühüm əhəmiyyət kəsb edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR