Bank Of Baku

Azərbaycan prezidenti sosial təminat, mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin maaşlarının artırılması haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti sosial təminat, mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin maaşlarının artırılması haqqında sərəncam imzalayıb
# 03 sentyabr 2008 16:05 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması barədə sərəncam imzalayıb. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Sərəncama əsasən Dövlət büdcəsindən maliyyələşdirilən mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin vahid tarif cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları sentyabrın 1-dən orta hesabla 25 faiz artırılıb. Prezidentin digər sərəncamı ilə dövlət büdcəsindən maliyyələşdirilən sosial təminat müəssisələrində çalışan işçilərin vahid tarif cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları da sentyabrın 1-dən orta hesabla 25 faiz artırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR