Bank Of Baku

Salyan rayonunun 7 kəndi susuz qalıb

Salyan rayonunun 7 kəndi susuz qalıb
# 04 sentyabr 2008 07:46 (UTC +04:00)
Salyan. Əlibəy Zeynalov-APA. Salyanın 7 kəndi- Yolüstü, Yeni Uluxanlı, Birinci Varlı, İkinci Varlı, Peyk, Düzənlik və Kürsəngi kəndləri 15 gündür susuz qalıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna kənd sakinləri məlumat veriblər. Onların bildirdiyinə görə, artıq 15 gündür ki, adları çəkilən kəndlərə içməli və əkini suvarmaq üçün su verilmir. Nəticədə bostan, tərəvəz və yonca əkinləri məhv olmaq üzrədir. Salyan rayon İcra Hakimiyyətinin aqrar məsələlər üzrə müavini Ələddin Abbasov suyun verilməməsini Salyan Meliorasiya və Suvarma sistemləri idarəsinə 3-cü rübdə verilən elektrik enerjisi limitinin bitməsi nəticəsində kəndlərə nasoslarla su vurulmasının qismən dayandırılması ilə izah edib. Ə. Abbasov problemin öz həllini tapacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR