Bank Of Baku

Şahbuzda sel nəticəsində yararsız hala düşən mənzilin sakinləri üçün yaşayış yeri inşa olunur

Şahbuzda sel nəticəsində yararsız hala düşən mənzilin sakinləri üçün  yaşayış yeri inşa olunur
# 05 sentyabr 2008 22:20 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda sel nəticəsində yararsız hala düşən mənzilin sakinləri üçün yeni mənzil inşa olunur. Şahbuz rayon İcra Hakimiyyətindən APA-nın yerli bürosuna verilən məlumata görə, iyul ayında rayonun Külüs kəndində baş verən sel suları nəticəsində yararsız hala düşmüş mənzilin sakinləri üçün artıq 110 kvadratmetr olan ikiotaqlı fərdi mənzilin tikintisinə başlanılıb. Yeni yaşayış yeri ilin sonlarına qədər sakinlərin ixtiyarına veriləcək.
Qeyd edək ki, yararsız hala düşmüş mənzilin ailə başçısı Yavər Quliyev iyulun 22-si axşam saatlarında Şahbuz Külüs kənd ərazisində güclü qasırğa zamanı ailə üzvlərini xilas edə bilsə də, özü selin qurbanı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR