Bank Of Baku

Azərbaycan prezidenti bir sıra dövlət qurumlarında çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti bir sıra dövlət qurumlarında çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb
# 05 sentyabr 2008 16:16 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşlarının artırılması haqqında sərəncam imzalayıb. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Sərəncama əsasən, qeyd olunan qurumlarda işçilərin aylıq vəzifə maaşları orta hesabla 25 faiz artırılıb. Sərəncam Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin aparatı, Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası, Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc), “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Azərbaycanda Atatürk Mərkəzi, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyasının İşçi Qrupu, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin idarə aparatı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi, Milli Kulinariya Mərkəzi, tabeliyində olan Dövlət Film Fondu və onun Naxçıvan filialı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Aqrar Elm Mərkəzinin aparatı, Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzi, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində İnformasiya Mərkəzi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzləri, təlim-tədris mərkəzi və poliklinikası, Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri və icra hakimiyyəti orqanlarının nəzdində mərkəzləşdirilmiş mühasibatlıqların işçilərinə şamil edilib. Nazirlər Kabineti bu təşkilatlarda çalışan işçilərin vəzifə maaşlarının məbləğlərini təsdiq etmək, sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR