Bank Of Baku

Gəncəyə məişət tullantılarının daşınması üçün yeni maşınlar gətirilib

Gəncəyə məişət tullantılarının daşınması üçün yeni maşınlar gətirilib
# 05 sentyabr 2008 23:00 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı APA. Gəncəyə məişət tullantılarının daşınması üçün Almaniya istehsalı olan 3 ədəd "MAN" markalı maşın, 2 ədəd süpürgə maşını və 2 ədəd "KAMAZ" markalı maşın gətirilib. Gəncə şəhər Təmizlik İdarəsinin rəisi Nizami Babayevin APA –nın Qərb bürosuna verdiyi məlumata görə, şəhərin küçələrində olan zibil qutuları yeni texnikanın mexanizminə uyğun olmadığı üçün xüsusi qutular sifariş olunub. Almaniyada istehsalı olan "MAN" markalı maşınının təxmini qiyməti 260 min avro, KAMAZ markalı maşının qiyməti isə 65 – 70 min ABŞ dollarıdır.
Bu ayın sonuna qədər Gəncəyə məişət tullantılarının daşınması üçün əlavə maşınların da gətirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR